Gəncədə avtomobillər toqquşdu Yaralılar var

21.02.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ozan küçəsi ilə Xudatbəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza zamanı xəsarət alan şəxslər 1973-cü il təvəllüdlü Mübariz Huseynov, 1990-cı il təvəllüdlü Pərviz Əhmədov, 1991-ci il təvəllüdlü Sahib Cəfərovdur.

Qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью