Gəncədə avtomobillər toqquşub

26.08.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb.

"Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü A.Həsənova, 1990-cı il təvəllüdlü G.Hüseynova, 1986-cı il təvəllüdlü Z.Həsənov və daha 2 nəfər müxtəlif nərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью