Gəncədə “Baku Bus” qəza törətdi Fotolar

31.10.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin F. X. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.

Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью