Gəncədə BakuBus ın vurduğu piyadanın SON VƏZİYYƏTİ AÇIQLANDI

22.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Gəncə şəhərində "BakuBus"ın iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, yanvarın 22-də saat 10:00-da 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Üz nahiyəsinin sıyrılmış yaraları, döş qəfəsinin sağ tərəfinin əziyi, qabırğanın sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью