Gəncədə bank kartlarından onlayn yolla 16 min manat oğurlanıb

03.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16.200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью