Gəncədə barəsində şikayət edilən direktor işdən çıxarıldı FOTO

07.03.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, direktorun fəaliyyəti ilə bağlı şikayətlər olduğundan o, vəzifədən kənarlaşdırılıb.

Hətta məktəbin kollektivi onun işdən getməsini istəyib. Bir müddət öncə isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.

Qeyd edək ki, G. Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin olunmuşdu.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью