Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncədə evdə baş verən partlayışla bağlı bəzi təfərrüatları məlum olub.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
İlkin məlumata görə, evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahizə zamanı evə benzin tökülüb, nəticədə partlayış olub. Partlayış zamanı bir nəfər hadisə yerində ölüb.
1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.