Bizim media saytına istinadən Icma.az xəbər verir.
Gəncədə baş verən qətlin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində 1990-cı təvəllüdlü Royal Həsənovun qətlində onun atasının şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə baş verən ərazidə yaşayan qonşuların bildirdiyinə görə Həsənovlar ailəsi bu evə çox da uzun olmayan müddətdə köçüblər.
Qətlə yetrilən Royal Həsənovun atası və anası bu evdə yaşayıblar və oğulları burada görünməyib:
“Sakit insanlar olublar. Biz onlarda hər hansı səs-küy, dava dalaş eşitməmişik. Evdə oturmuşdum, qonşulardan kimsə qışqırdı ki, təcili yardıma zəng edin. Sonra oğlum evə gəlib dedi ki, bəs qonşu oğlunu bıçaqlayıb, o da qan itirməsindən vəfat edib. Biz də hadisə yerinə getdik. Artıq polislər də orada idi. Bir daha deyirəm ki, bu ailədə söz söhbət olmasını eşitməmişəm”.
Bu sözləri qətl hadisəsi baş verən evin yaxınlığında yaşayan qonşu Elməddin Musayev deyib.
Digər qonşu olan Osman İsmayılıov da Həsənovlar ailəsində hər hansı münaqişənin şahidi olmadığı bildirib:
“Təzə köçmüşdülər. Sakit qonşular idi. Atası ilə küçədə salamlaşırdıq. Oğlu mən bilən qədər işləyirdi. Burada görünməyib. Deyəsən hərbidə işləyirdi. Evdə ər-arvad qalırdılar. Normal ailə idilər. Bura köçəndən bəri heç bir dava-dalaş, səs küy eşitməmişik. Sakit ailə idilər. Şeytana nəhlət” deyə qonşu O. İsmayılov əlavə edib.
Dünən axşam saatlarında ailə münaqişəsi zəminində Osman Həsənov oğlu 1990-cı il təvəllüdlü Royal Həsənovu bıçaqla xəsarət yetirib və o vəfat edib. Faktl bağlı Gəncə şəhər prokurrorluğunda cinayət işi başlayıb, araşdırmalar davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu