Gəncədə BƏDBƏXT HADİSƏ: Uşaq 7 ci mərtəbədən yıxılıb öldü

09.09.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, 2022-ci il təvəllüdlü M. Məmmədov prospektə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən  yıxılıb.

Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью