Gəncədə bələdiyyə seçkiləri: 84 namizəd 38 yer uğrunda mübarizə aparır

29.01.2025

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bələdiyyə seçkilərində Gəncə şəhəri üzrə 84 namizəd 38 yer uğrunda mübarizə aparır.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, səsvermə 4 seçki dairə üzrə 158 məntəqədə həyata keçirilir.

Məntəqələrin 40-da veb-kamera quraşdırılıb. Bu gün 200 mindən çox şəhər sakinin səsvermə prosesində iştirak etməsi gözlənilir.

Səsvermə prosesini 2 mindən artıq müşahidəçi izləyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью