Gəncədə beşotaqlı evdə yanğın Fotolar+Video

13.05.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhərində evdə yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, İsmayıl Ələsgərova məxsus 5 otaqlı evdə anidən yanğın başlayıb. İlkin məlumata görə, ümumi sahəsi 94-kvm olan tikilinin 81 kv yanıb. Həmçinin alov qonşuluqdakı tikilinin dam örtüyünə də keçib.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.

İlkin ehtimal kimi hadisə elektrik naqillərində yaşanan qısaqapanmadan baş verib.

Yunis Quliyev





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью