Gəncədə beton hasara çırpılan avtomobil yanıb VİDEO AZƏRTAC

23.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 23 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2005-ci il təvəllüdlü E.Paşayevin idarə etdiyi “Changan” markalı avtomobil idarəetməni itirərək beton hasara çırpılıb.

Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью