Icma.az, Bakupost saytına istinadən bildirir.
Gəncə şəhərində bıçaqlandığı ehtimal edilən yeniyetmənin son vəziyyəti açıqlanıb.
Bakupost.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i, saat 18:40-da 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol kürək və bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası (daxilə keçməyən) diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
"Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.