Gəncədə bıçaqlanan kişinin SON DURUMU

22.03.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə küçədə bıçaq xəsarətləri alan 31 yaşlı Kəlbəcər sakininin vəziyyəti haqqında açıqlama verilib.
Bizim.Media-nın yerli bürosu TƏBİB-ə istinadən xəbər verir ki, 22.03.2025-ci il tarixində saat 02:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:
Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlandı


Pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub:
“Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır” deyə rəsmi məlumatda bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью