Gəncədə bıçaqlanan qadın reanimasiyaya yerləşdirildi

22.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə gecə saatlarında qadın bıçaqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, 1984-cü il təvəllüdlü qadın saat 02:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, ona döş qəfəsinin daxilə keçmiş kəsilmiş-deşilmiş yarası, ağciyərin zədələnməsi diaqnozları təyin olunub:

"Vəziyyəti orta ağır olan pasiyentin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью