Gəncədə bıçaqlanan şəxslərin kimliyi BƏLLİ OLDU

14.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən Gəncədə bıçaq xəsarəti alan şəxslərin kimliyi məlum olub.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki nəfər – 1990-cı il təvəllüdlü Talıb Qafarov və 1995-ci il təvəllüdlü Heydər Həsənov bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alıblar.
 

Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.


Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətlərin kim tərəfindən yetirildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью