Gəncədə bir birinaə bitişik üç evdə yanğın baş verib

03.01.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью