Gəncədə bir gündə 2 piyada vuruldu Biri öldü

23.12.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini 1962-ci il təvəllüdlü Ayaz Şirməmmədovu maşın vurub.

Nəticədə piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən avtomobilin markası və seriya nömrəsi dəqiqləşdirilir.

Şəhər ərazisində baş verən digər qəzada isə

1969-cu il təvəllüdlü Quliyev Nizami Sabir oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Piyadaya ilkin yardım göstərilib, vəziyyəti orta-ağıdır.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью