Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Gəncədə bir müddət öncə qəzaya düşən şəxs xəstəxanada ölüb.
Moderator.az xəbər verir ki, bir neçə gün öncə Gəncənin Gülüstan qəsəbəsində baş verən qəza zamanı xəstəxanaya yerləşdirilən 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada vəfat edib. Mərhumun nəşi artıq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.