Gəncədə bir neçə küçəni sel suları basıb

14.05.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Gəncə şəhərində intensiv yağan yağış nəticəsində sel hadisəsi qeydə alınıb.

"Unikal"ın məlumatına görə, bu gün gecə saatlarından etibarən şəhərə güclü yağış yağıb.

Yağıntı nəticəsində bir neçə küçəni sel suları basıb. Avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Hazırda Gəncədə leysan xarakterli yağış davam edir.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən bir sıra rayonlarda da yağıntılı hava şəraiti müşahidə olunur.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью