Gəncədə bitişik evlərdə yanğın oldu

03.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivi adlanan ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən bir-birinə bitişik evlərdə yanğın başlayıb. Əraziyə FHN yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.

Hadisə nəticəsində iki ev yanıb. Alovun qarşısının alınması istiqamətində yanğınsöndürənlər tərəfindən işlər aparılır.

Tural Əhmədov 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью