“Gəncədə bizi əsl idman bayramı gözləyir!” Alina Draqanın ə MÜSAHİBƏSİ | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə baş tutacaq aerobika gimnastikası üzrə Avropa çempionatı ilə cari mövsümdə Avropa qitəsinin gimnastika yarışlarına yekun vurulacaq.
III MDB Oyunlarının paytaxtı Gəncədə 9-16 noyabr tarixlərində keçiriləcək yarışda 18 ölkədən ən güclü gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.
Belə ki, Gəncədə 9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.
İdman.Biz aerobika üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Alina Draqanın Gəncədə təşkil ediləcək yarışlarla bağlı fikirlərini təqdim edir.
“Hamımız qarşıdakı yeniyetmələr və böyüklər arasında keçiriləcək Avropa çempionatlarına fəal şəkildə hazırlaşırıq.
Adətən iki ildən bir keçirilən bu yarışlarda qitənin ən yaxşılarını görmək artıq ənənəyə çevrilib, lakin bu il Gəncədə bir yenilik olacaq.
İlk dəfə olaraq 15 yaşadək aerobika ustaları arasında yarışlar təşkil ediləcək!
Tam oxu
Xəbəri oxu