Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxtaşırı Comərd Qəssab türbəsinə baş çəkir. Bu dəfəki səfər burada aparılan növbəti abadlıq və yaşıllaşdırma işləri ilə bağlı olub.
Məlumat verilib ki, türbəyə aparan 2 kilometr uzunluğunda yolun kənarındakı yaşıllıq zolağı məişət və tikinti tullantılarından tam təmizlənib. Ərazidə 2000 ağac əkilib, onların suvarılması üçün damcı suvarma sistemi qurulub. Yaşıllıqların qorunması və inkişaf etdirilməsi istiqamətində də müvafiq tədbirlər görülüb.
Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi və ətraf mühitin mühafizəsinin diqqətdə saxlanılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncənin qədim tarixi-memarlıq abidələrindən biridir. Xalq arasında xeyirxahlığı və səxavəti ilə tanınan Comərd Qəssabın xatirəsinə ucaldılan bu abidə şəhərin tarixi-mədəni irsinin mühüm nümunələrindən hesab olunur.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə