Gəncədə daha bir BakuBus avtobusu qəzaya düşdü (Video)

11.11.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə yük avtomobili "BakuBus"a məxsus avtobusla toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.

Belə ki, "BakuBus"a məxsus sərnişin avtobusu iritonnajlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Xatırladaq ki, bu gün "BakuBus"a məxsus daha bir avtobus da qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью