Gəncədə daha bir tibb müəssisəsi bağlanır

02.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, "Gəncə Reabilitasiya Mərkəzi" publik hüquqi şəxs (PHŞ) ləğv edilir.

Mərkəz Səhiyyə Nazirliyinə və onun strukturuna daxil olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabe idi.

2000-ci ildə dövlət qeydiyyatına alınan PHŞ Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 25 ünvanında qeydiyyatdadır.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən üç tibb müəssisəsi - Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi də ləğv edilmişdi.

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью