Gəncədə dəm qazından zəhərlənən tələbə qızların SON DURUMU

16.02.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Gəncədə dəm qazından zəhərlənən 3 tələbə qızın son durumu açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə 16.02.2026-cı il tarixində saat 03:20 radələrində zəhərlənmə şübhəsilə 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəznində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 

"Dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.


Qeyd edək ki, bu gün 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə hər 3 şəxs Zaqatala rayon sakinləridir. Onların tələbə olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью