Gəncədə döl ölü doğulub YENİLƏNİB

09.03.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə Gununsesi.info -ya TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

11:16

Gəncədə yeni doğulmuş körpə ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.

Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью