Gəncədə domino oynayarkən başlayan mübahisə QƏTLƏ SƏBƏB OLDU

22.08.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncədə baş verən qətlin bəzi təfərrüatı məlum olub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 65 yaşlı M.Musayevlə hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı N.İsgəndərov arasında çayxanada domino oynayarkən mübahisə yaranıb.

Çayxanada olan digər şəxslər tərəfləri sakitləşdiriblər. Lakin bir müddət sonra onların arasında yenidən mübahisə düşüb. Pepperoni pizza

Bu zaman N.İsgəndərov M.Musayevə bıçaqla xəsarət yetirib.

M.Musayev xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hər iki şəxs bir-birini tanıyıb və hadisənin baş verdiyi çayxanaya tez-tez domino oynamağa gediblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью