Gəncədə dönərdən zəhərlənən şagirdlərin SON DURUMU

10.12.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə dönərdən zəhərləndikləri ehtimal edilən şagirdlərin vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: Gəncədə şagirdlər dönərdən ZƏHƏRLƏNDİ


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 09.12.2025-ci il tarixində saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar" - deyə xəstəxanadan bildirilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью