Gəncədə əhali ötən il cəmi 42 nəfər artıb

26.08.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə Gəncə şəhərində təbii artım 42 nəfər təşkil edib.

Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci il ərzində şəhərdə 2164 uşaq doğulub, 2122 nəfər isə dünyasını dəyişib. Beləliklə, doğulanların sayı ölənlərin sayından cəmi 42 nəfər çox olub.

Doğulanların 1182-si oğlan, 982-si qız, ölənlərin isə 1134-ü kişi, 988-i qadın olub.

Statistik göstəricilərə görə, Gəncədə əhalinin hər 1000 nəfərinə 7,3 doğum, 7 ölüm və cəmi 0,3 nəfər təbii artım düşüb.

Qeyd edək ki, 2026-cı ilin əvvəlinə Gəncə şəhərində 77,3 min nəfər 18 yaşadək uşaq yaşayır.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью