Gəncədə əməliyyat: saxlanılan var

06.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Gəncə şəhərində üç mənzildən ümumilikdə təqribən 61 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Publika.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.

Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41 min 500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью