Gəncədə ər arvadını bıçaqladı

06.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovun kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. ("Report")

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью