Gəncədə ər və arvadı bıçaqlanın

21.11.2024

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə şəhər ərazsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni E.Huseynovun bacısı oğlu törədib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, R. Abbasov salxanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью