Gəncədə ər və arvadı maşın vurdu KONKRET

06.02.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə 2 piyadanın vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtmobil yolu keçmək istəyən Samux rayon Çobanabdallı kənd sakini 62 yaşlı Məmmədov Əbülfət Məcid oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Mətənət Məmmədovanı vurub.

Hər iki şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Ə.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.//Qafqazinfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью