Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncədə evdə cəsədləri aşkar edilən iki kişinin şəxsiyyəti müəyyənləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, həmin şəxslər 1972-ci il təvəllüdlü İ. Hacıyev və 1987-ci il təvəllüdü T. Məmmədovdur.
İlkin ehtimala görə, hər iki kişinin də qazından zəhərləndiyi ehtimal edilir. Onlar dost olublar və qeyd olunan evdə kirayədə yaşayıblar.
Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu