Gəncədə evdə partlayış 61 yaşlı kişi yaralandı

21.03.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü şəhər sakini M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью