Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə şəhəri, Xaqani küçəsində yerləşən fərdi evlərin birində yanğın olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, alov mənzilin mətbəxində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Hadisə zamanı ev sahibinin nəvəsi - 2009-cu il təvəllüdlü A.Əsədova və onu mənzildən çıxarmağa köməklik edən digər bir şəxs tüstüdən zəhərləniblər. Onlara hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən ambulator yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.
Yanğının başvermə səbəbləri araşdırılır.