Gəncədə evdən tibb bacısının meyiti tapılıb

10.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Gəncədə evdən tibb bacısının meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ölümün səbəbləri araşdırılır.

Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью