Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı KONKRET

12.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Gəncədə evdən meyit tapılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yerləşən evlərdən birində yeniyetmə qızın meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью