Gəncədə FACİƏ Binadan yıxılan 56 yaşlı usta həyatını itirib

13.12.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə 56 yaşlı şəxs usta işlədiyi yerdə həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsinin ərazisində baş verib.
1968-ci il təvəllüdlü Goranboy rayon sakini Cavid Həmzə oğlu Qasımov 20 saylı binanın fasadında təmir işləri görərkən ehtiyatsızlıqdan yıxılıb.
56 yaşlı kişi dərhal Gəncədə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırma aparılır. 
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью