Gəncədə FACİƏ: sükan arxasında infarkt keçirən sürücü öldü

28.06.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

Hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi  sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./ APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью