Gəncədə faciəli şəkildə ölən Elgünlə bağlı VİDEO

17.05.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə dünyasını dəyişən Elgünün yeni görüntüləri yayılıb.

Gencexeber.az-ın redaksiyasına daxil olan videogörüntüdə Elgünün hadisə baş verən gün mağazaya getdiyi və oradan siqaret aldığı əks olunub.

Qeyd edək ki, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini, 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi, 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью