Gəncədə fəhlə iş vaxtı ölüb

28.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gəncədə fəhlə işləyən 1975-ci il təvəllüdlü Şahin Talıbov qəflətən ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki şəhərin abadlıq işlərini görən zaman fəhlə işləyən 52 yaşlı Şahin Talıbovun anidən halı pisləşib və qəfil keçinib. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.

Qeyd edək ki ölən şəxsin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью