Gəncədə gənc oğlan evində ölü tapıldı

19.08.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Gəncədə gənc oğlanın meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Mətləb Alıyevin cansız bədəni yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. 25 yaşlı gəncin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью