Gəncədə gənc qadını avtomobil vurdu

04.12.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Gəncədə piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Pərviz Səmədov küçəsində baş verib. 2005-ci il təvəllüdlü J.Məmmədova yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью