Gəncədə güclü külək emalatxana divarını uçurdu, 2 maşına ziyan dəydi

29.05.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Gəncədə güclü külək fəsadlar törədib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında başlayan güclü külək şəhər ərazisində yerləşən avtomobil emalatxanasının hasarını uçurub. Uçqun nəticəsində iki maşına ziyan dəyib. Orada olan VAZ 2107 markalı maşın yararsız hala düşüb, "Hunday" avtomobilinin ön hissəsi əzilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti müşahidə edilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью