Gəncədə güclü yanğın VİDEO

11.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью