Gəncədə “Gülüstan” tamaşası nümayiş olunub

30.06.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gəncə Dövlət Milli Dram Teatrında gənc yazıçı Vaqif Əmiraslanın eyniadlı pyesi əsasında hazırlanan “Gülüstan” tamaşası nümayiş etdirilib. Şanlı Zəfərə həsr olunan səhnə əsərini şəhər ictimaiyyətinin nümayəndələri, hərbi qulluqçular, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və teatrsevərlər izləyiblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri bədii dillə tamaşaçıya çatdıran “Gülüstan” tamaşasında qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyaları ön plana çıxarılır. Səhnə əsəri xalqımızın keçdiyi mübarizə yolunu və əldə olunan Qələbənin qiymətini dolğun bədii həll vasitəsilə əks etdirir.

Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik tərtibatçısı Sübhan İbrahimov, məsləhətçisi isə teatrın quruluşçu rejissoru Şahmar Məmmədovdur.

Səhnə əsərində Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova, eləcə də aktyorlar Zülfiyyə Əliyeva, Samir Abbasov, Şahmar Məmmədov, Zəminə Cəfərova, Emil Salmanov, Elmir Məmmədov, Zeynəb Abdullayeva və teatrın digər aktyorları çıxış ediblər.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb, yaradıcı kollektiv alqışlarla səhnəyə dəvət olunub.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью