Gəncədə həmin yolda daha bir qəza Fotolar

11.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Gəncənin Ozan və Xudadat bəy Rəfibəyli küçələrinin kəsişməsində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai Santa Fe” və “Audi” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb. Yaralı şəxs yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu, sözügedən ərazidə ilk hadisə deyil. Son bir neçə ayda həmin küçələrin kəsişməsində dəfələrlə qəzalar qeydə alınıb.

Yunis Quliyev




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью