Gəncədə “Himayədar ailə” mövzudunda ictimai dinləmə keçiriləcək

23.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iyulun 3-ü saat 11:00-da Gəncə şəhərində ictimai dinləmə keçiriləcək.

Agentiyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Himayədar ailə” qayğı modeli mövzusuna həsr olunacaq.

İctimai dinləmədə iştirak etmək istəyənlər agentliyin (012) 525-41-30 (daxili: 5264) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Gəncə-Daşkəsən regional filialına yaxınlaşa bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью